Həmkarımızın xatirəsini hörmətlə yad edirik

  • 07 may 2020
  • 2788

7 may Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Vaqif Ağayevin anım günüdür.

Vaqif İsa oğlu Ağayev 7 may 1954-cü ildə Abşeron rayonunda anadan olub.
O, 1972-ci ildən AzTV-də çalışıb. Əməkdar incəsənət xadimi 1981-ci ildə Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya İnstitutunun televiziya-rejissoru ixtisası üzrə bitirib. Yaradıcılıq fəaliyyətinə TV-nin "Gənclər üçün proqram" baş redaksiyasında başlayıb. "Xəbərlər" redaksiyasının "7 gün" verlişində məsul rejissor, Xarici əlaqələr və kommersiya mərkəzində Əlaqələndirmə və buraxılış şöbəsinin rejissor qrupunun ali dərəcəli rejissoru işləyib. Bir çox sənədli filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir.
1 sentyabr 1994-cü ildən Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin bədii rəhbəri, 2006-cı ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Teleradio Verlişləri Qapalı Səhimdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin edilib.
19 noyabr 2011-ci ildə vəfat edib
Evli idi, 4 övladı yadigar qalıb