Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və Türkiyə Badminton Federasiyasının prezidenti Ercan Yıldız arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq proqramı həyata keçiriləcək.
Bu çərçivədə badmintonçuların hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə təlim-məşq toplanışların keçirilməsi, məşqçilərin təkmilləşməsi üçün kursların təşkili, hakimlərin hazırlanması, idman infrastrukturunun inkişafı və idarə edilməsi sahələrində təlim və bilik mübadiləsi, həmçinin, digər istiqamətlər üzrə birgə fəaliyyət nəzərdə tutulub.