Azərbaycan Güləş Federasiyası

Prezident:
Cabbarov Mikayıl Çingiz oğlu

Ünvan:
AZ1154 Bakı ş. Heydər Əliyev pr. 2

Telefon:
+994 12 566 55 81

E-poçt:
info@awf.az
aze@uww.org

Sayt:
www.awf.az

Mətbuat katibi:
Sərxan MUSALI

AGF ölkədə güləş idman növünü inkişaf etdirmək, istedadlı şəxsləri aşkarlamaq və ölkəmizi uğurla təmsil edəcək güləşçilər hazırlamaq məqsədi ilə fəaliyyət göstərən idman təşkilatıdır.

Federasiya müxtəlif yaş qruplarından olan idmançıları bir araya gətirir, onların peşəkarlığa yüksəlməsi üçün təlim-məşq proseslərini həyata keçirir. İdmançıların yerli və beynəlxalq miqyaslı yarışlarda iştirakını təmin edir.

AGF strategiyasına uyğun olaraq hər il öz fəaliyyətini təkmilləşdirir, güləşin ölkə daxilində inkişafı və populyarlaşması, beynəlxalq arenada mövqeyimizin daha da güclənməsi üçün çalışır.

Azərbaycan Güləş Federasiyasl 1959-cu ildə SSRİ-nin Güləş Federasiyasının tərkibində təsis olunub. İlk illər federasiyasının sərdi vəzifəsini Qəmbər Axundov, daha sonra isə Fətulla Hüseynov icra edib. Fətulla Hüseynov müstəqillik qazandığımız dövrə kimi federasiyaya rəhbərlik edib.

Müstəqil Azərbaycan Respublikası dünyada suveren ölkə kimi tanındıqdan sonra, 1993-cü ildə Azərbaycan Güləş Federasiyası təsis olunaraq, elə həmin ildə də İsveçrənin Lozanna şəhərində FİLA-nın baş qərargahında rəsmən Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına qəbul olunub.

2008-ci ildə Federasiyanın V Konfransında Güləş Federasiyasının yeni nizamnaməsi təsdiq edilib. Federasiyanın Regional nümayəndəlikləri təsis edilib, Beynəlxalq əlaqələr, Regionlar, Sərbəst, Yunan-Roma güləşi üzrə, təşkilati və maliyyə işləri, yeniyetmələr üzrə Vitse-prezident vəzifələri təyin edilib.

2023-cü ildə bölgələrdə güləşin inkişafını daha da sürətləndirmək, infrastrukturu təkmilləşdirmək və məşqçilərin bilik-bacarıqlarını yüksəltmək məqsədilə federasiyanın regional nümayəndəliklərinin strukturu və tərkibi yenidən formalaşdırılıb.