Azərbaycan Cüdo Federasiyası

Prezident:
Nəbiyev Rəşad Nəbi oğlu

Ünvan:
AZ1106 Bakı ş. Azadlıq prospekti 128

Telefon:
+994 12 498 83 80

Qaynar xətt:
8558

E-poçt:
office@judo.az

Sayt:
www.judo.az

Mətbuat katibi:
Ülkər ABBASOVA

1972-ci ilin mayında SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun yayılması haqqında qərar verib. Azərbaycanda da xüsusi bölmələr təşkil etmək, yarışlar təşkil etmək tapşırılıb. Cüdo ölkəmizdə qısa zamanda populyarlaşıb. Elə həmin ildə Respublika Cüdo Federasiyası yaradılıb.

Ağayar Axundzadə 1992-ci ildə SSRİ-nin əməkdar məşqçisi olan ilk mütəxəssisimizdir. Azərbaycanlı cüdoçular arasında birinci dəfə idman ustası adını qazanan Sahib İsmayılov, beynəlxalq dərəcəli idman ustası isə Qüdrət Pəncəliyevdir. Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası Gülşən Şirinovadır. Uğurlu ənənələr müstəqillik qazanandan sonra davam edib.

1972-ci  ilin 2 noyabrında cüdo üzrə ilk yarışlar keçirilib. ”Burevestnik” cəmiyyətinin gənclər birinciliyində 70 idmançı mübarizəyə qoşulub.

1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında Nazim Hüseynov vətənə qızıl medalla dönüb. Müstəqil Azərbaycanın Dövlət bayrağı ilk dəfə bu qələbə şərəfinə qaldırılıb.