Azərbaycan Voleybol Federasiyası

Prezident:
Bağırov Şahin Soltan oğlu

Ünvan:
AZ1000 Bakı ş. Azadlıq prospekti

Telefon:
+994 51 652 84 61

E-poçt:
hello@volley.az

Sayt:
www.volley.az

Mətbuat katibi:
Şəfəq KƏRİMOVA

Azərbaycanda voleybolun yaranması 1926-cı ilə təsadüf edir. Dəmiryolçular klubunda, sonra isə "Neftçi" cəmiyyətində ilk voleybol məşqləri keçirilib.

1932-ci ildən etibarən Bakıda voleybol daha sürətlə inkişaf etməyə başladı. Şəhərin ilk birinciliyi məhz bu vaxt keçirilib. İlk qalib adını isə dəmiryolçuların kişilərdən və qadınlardan ibarət komandaları - JelDor qazanmışlar.