Ünvan: Böyükşor şössesi
Heydər Əliyev prospekti 323
Tutumu: 69 870
Kateqoriya: 4
Açılış tarixi: 18 mart 2015
Ot örtüyü: Təbii
Ev sahibi: Azərbaycan milli komandası
Arxitektor: Alpine Bau Deutschland AG
Sayt: www.bos.az
Bakı Olimpiya Stadionu UEFA, FIFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycanın ən böyük stadiondur.

650.000 kv.m-lik ərazinin 225.000 kv.m-lik hissəsinin tikinti işləri 2015-ci ilin fevral ayında tamamlanmışdır. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Bakı şəhəri ərazisində Böyükşor Gölünün yanında salınmışdır və 6 mart 2015-ci ildə istifadəyə hazır vəziyyətə gətirilmişdir. Stadionun əsas icarəçisi Azərbaycanın futbol üzrə Milli Komandasıdır. Stadion 2015-ci ildə baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilmişdir və eyni tədbirin açılış və bağlanış mərasimlərinə, həmçinin atletika idman növünə ev sahibliyi etmişdir.

2019-cu ildə isə UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda baş tutub.

Stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və bir 1/4 final mərhələsinin oyunları keçirilib.
Stadion daxilində və xaricində geniş avtomobil dayanacağı sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilmişdir. Stadionun tikintisi podratçı şirkətin məlumatına əsasən 640 milyon dollara başa gəlib. Başqa bir mənbədə isə stadionun tikintisinin 775 milyon dollara başa gəldiyi yazılıb.






