T.Bəhramov adına Respublika Stadionu

Ünvan: Fətəli Xan Xoyski küşəsi 10

Tutumu: 31 200

Açılış tarixi: 16 sentyabr 1951

Ot örtüyü: Təbii

Ev sahibi: "Qarabağ" (Ağdam)
Futbol üzrə Azərbaycan milli komandası

Bu gün ən möhtəşəm idman tədbirlərinin keçirildiyi milli stadion əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyır və dünyada hakimin şərəfinə alandırılan yeganə futbol arenasıdı. Görkəmli hakimin adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı 1951-ci ilin 16 oktyabrında keçirilib.

Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarımçıq qalıb. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Alman hərbi əsirləri tərəfindən tikilən stadion yuxarıdan "С" hərfini xatırladır. Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. Kommunist Partiyasının 20-ci qurultayından sonra stadion Leninin adını daşıyıb. 1993-cü ildə dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başlayıb.

16 avqust 2012-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılmışdır.