Ünvan: 8-ci km qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsi 54
Açılış tarixi: 14 sentyabr 2012
Tutumu: 11 000
Kateqoriya: 4
Ot örtüyü: Təbii
Ev sahibi: "Neftçi" (Bakı)
AFFA tərəfindən inşa edilən və rəsmi açılışı 2012-ci ilin sentyabrın 14-ü baş tutan stadion öncə "8-ci km stadionu" kimi tanınmışdır. Bu stadionda 17 yaşadək qızlar arasında dünya çempionatının bəzi oyunları keçirilib.

Dünya çempionatı bitdikdən sonra AFFA və "Neftçi" PFK-nın qarşılıqlı anlaşmasına əsasən stadion kluba verilmişdir.
"Neftçi" bu stadiondakı ilk oyununu ölkə çempionatının 2012-2013 mövsümünün 13-cü turunda "Sumqayıt" komandasına qarşı keçirmiş və böyük hesabla qalib gəlmişdir - 8:1.
"8-ci km stadionu" AFFA və Bakcell şirkəti arasında bağlanmış müqaviləyə əsasən "Bakcell Arena" adlandırılıb.
Bir müddət "Neftçi Arena" adı daşıyan stadion 2025-ci ilin avqustundan "Palms Sports Arena" adlandırılır.












